Medianews.az
Çin ilkə imza atdı
51 baxış

Çin ilkə imza atdı

Çin gəmiqayırma şirkətləri dünyanın metanol ilə işləyən ilk ultraböyük neft tankeri "Kaito"nu suya salıb. 333 metr uzunluğundakı gəmi 2.1 milyon barel xam neft daşıya bilir.

Milli.Az xəbər verir ki, tanker ikiyanacaqlı metanol mühərriki ilə işləyir və adi mazutla müqayisədə karbon qazı tullantılarını 92%, kükürd oksidlərini isə 99% azaldır. İntellektual idarəetmə sistemi maye yüklərin və mühərrik bölməsinin optimallaşdırılmasına imkan verir, bu da təhlükəsizlik və effektivliyi artırır.

Gəmi Çin Dövlət Gəmiqayırma Korporasiyasının Dalyan filialında inşa olunub və Yaxın Şərq-Uzaq Şərq marşrutunda fəaliyyət göstərəcək. 

Bizə qoşulun