Medianews.az
Rusiya çalxalanır - Müəmmalı qətllər –  Yeni həbslərə hazırlıq... -
237 baxış

Rusiya çalxalanır - Müəmmalı qətllər – Yeni həbslərə hazırlıq... - Putin niyə tələsir?

Deyilənlərə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini Valeri Gerasimov xüsusi nəzarət altında, demək olar ki, tam təcrid edilmiş vəziyyətdə işləyir və Prezident Putin Ukraynadakı uğursuzluqları ört-basdır etmək üçün onu "qurbanlıq keçi" kimi xərcləyəcək.

Kupyansk "müjdəsini" çatdıran və bu "xidmətinə" görə təltif edilən general-polkovnik Sergey Kuzovlyev evində ölü tapılıb və hər kəs də nə baş verdiyini anlayır. Putinin nöqtəsi.

Bu hadisədən bir neçə gün sonra general-leytenant Fanil Sarvarovu qətlə yetirirlər.

Üstəlik də, tezliklə Rusiyada yüksək rütbəli hərbçilərin həbsinə hazırlıq getdiyi barədə söz-söhbət gəzir. Bu barədə Rusiyada şayiələr dolaşır, hətta bəzi bloqçular, sosial şəbəkə istifadəçiləri də yazırlar.

Müxalif yönümlü, uzun illərdir ki, Putin rejimindən qaçıb xaricdə fəaliyyət göstərən ciddi və etibarlı mənbələrə sahib "Meduza" nəşri son vaxtlar Putin Rusiyasında baş verən müəmmalı qətllərdən tez-tez bəhs edir. Tək hərbçilər yox, ümumən bir zaman Putinə xidmət etmiş, geniş əlaqələrə malik fiqurların sayı get-gedə azalır.

Deyəsən, "uzun sürən ağır xəstəlikdən sonra", "qəfil ürək tutmasından" keçinən, "suda boğulan", yaxud da "intihar edən" pullu, nüfuzlu adamların sayı hələ çox artacaq.

Görəsən, Putin niyə tələsir? Axı deyirdilər ki, onu hamı sevir və bu "əvəzsiz lider" heç kimdən qorxmur.

Yalanın nə olduğunu bilən, hər gün rəngli yalanlar eşitməkdən zövq alan bir adamı axı necə aldatmaq olar?

Oqtay Qorçu

Bizə qoşulun