Medianews.az
“Demokratiyanı yaddan çıxarın. Bizlik deyil” –
218 baxış

“Demokratiyanı yaddan çıxarın. Bizlik deyil” – Prezident səlahiyyətlərini icra edən şəxs

“Burkina-Faso əhalisi demokratiya məsələsini yaddan çıxarmalıdır. Həqiqəti demək lazımdır – demokratiya bizlik deyil”. Medianews.az xəbər verir ki, bu sözləri ölkənin dövlət telekanalına müsahibəsində Burkina-Faso prezidentinin səlahiyyətlərini icra edən İbrahim Traore deyib.

İbrahim Traore hakimiyyətə 2022-ci ildə dövlət çevrilişi nəticəsində yiyələnib. Həmin il hərbi xuntanı devirərək prezident postunda oturan İbrahim Traore ölkədə bütün siyasi partiyaları ləğv edib.

Yeni hakimiyyət öncə 2024-cü ildə seçkilər keçiriləcəyini vəd etsə də, sonradan İbrahim Traorenin prezident səlahiyyətlərini icra etmə müddəti 2029-cu ilədək uzadılıb.

1988-ci il təvəllüdlü İbrahim Traore hərbçidir. Hakimiyyətə gələnə qədər kapitan İbrahim Traore orduda xüsusi təyinatlı dəstənin komandiri olub.

Medianews.az

Bizə qoşulun