ABŞ Ədliyyə Nazirliyi tərəfindən qalmaqallı maliyyəçi Cefri Epşteynlə bağlı dərc edilən iş materialları arasında ingilis hərfləri ilə yazılmış rusdilli laylanın olduğu kağız parçası aşkarlanıb. Həmin kağızda "Bayu-bayuşki-bayu, ne lojisya na krayu" sözləri yer alıb.
Oxu.Az bu barədə RT-nin "Telegram" kanalına istinadən xəbər verir.
Bununla yanaşı, "Epşteyn işi" üzrə sənədlərin təxminən 550 səhifəsi tamamilə qara rənglə örtülüb. Ehtimal olunur ki, bu addım ictimaiyyətin maliyyəçinin tanışlarının azyaşlıların cinsi istismarında mümkün iştirakı ilə bağlı hər hansı nəticə çıxarmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, C.Epşteyn 6 iyul 2019-cu ildə yetkinlik yaşına çatmayanların alveri ittihamı ilə həbs olunub. Qurbanların ən kiçiyinin yaşı 14 olub. Həbsindən bir ay sonra Epşteyn həbsxana kamerasında intihar edib.
