Dekabrın 22-si amnistiya aktının icrasına başlanılır.
Xatırladaq ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.
Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib.
Dekabrın 22-dən amnistiya aktının icrasına başlanacaq. Həmin gün amnistiyaya düşən məhkumlardan bir qrupu azad ediləcək.