Medianews.az
“Sosial verilişlər əndazədən çıxmışdı, efirə baxanda dəli olurdum,
399 baxış

“Sosial verilişlər əndazədən çıxmışdı, efirə baxanda dəli olurdum, Elgiz dedi ki, heç özüm də bilmirəm ki...”

“Sosial verilişlərin yığışdırılmasını eşitdim. Sözün düzü Elgiz Əkbərdən soruşdum, dedi ki, heç özüm də bilmirəm niyə veriliş bağlandı? Elgiz onu da dedi ki, vəziyyət düzələcək. Gündə işə getdiyini bildirdi. Bir az rahat oldum. Xoşqədəm Baxşəliyeva və Zaur Baxşəliyevin də verilişlərinin bağlandığından xəbərim var".

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib. O daha sonra bu tip verilişlərə güclü nəzarətin lazım olduğunu bildirib:

“Sosial verilişlər yaxşıdır, amma nəzarət olmalı idi. 60 yaşlı qadın ərə getmək üçün evdən qaçıb verilişə gəlirdi. Bu tip verilişlərə nəzarət edilməli idi. Hər redaksiyanın öz rəhbərliyi, redaktoru var. Onlar vəziyyəti bu yerə gətirib çatdırmalı deyildilər. Özbaşnalıq lazım deyildi, hər şeyi efirdə göstərirdilər. Bu verilişlər çox başlı-başına buraxılmışdı. Həddindən artıq əndazədən çıxmışdı. Mən efirə baxanda dəli olurdum. Deyirdim görəsən ürək xəstələri, infarkt keçirmişlər bu verilişlərə necə baxırlar? Yenidən aça bilərlər, amma nəzarət olunmaq şərtilə. Tamaşaçı hər veriliş istəyir, seçim onundur, o verilişlərdə xalqa kömək də olurdular. Amma yenə də dediyim kimi nəzarət olmalıdır” deyə diktor bildirib.

Xalq artisti yolda qarşılaşdığı hadisəni də bizimlə bölüşüb:

“Bizim azərbaycanlı xanımlara dilənmək, hansısa kişilərin qarşısında əyilmək yaraşmır. İnsan ailəsinin, öz həyat yoldaşının qarşısında əyilər. Əgər acı söz də eşitsə ondan eşidə bilər. Yolda bir gözəl qadın gördüm. Dilənirdi.. Bir bilsəniz necə gözəl, nurani qadın idi. Çantamdan 100 manat çıxarıb verdim ki, get evinə yemək bişir, bir neçə gün dolan, amma dilənmə. Kələğayını başına salıb dilənirdi. Mən etdiyim yaxşılıqları heç vaxt dilimə alıb demərəm. Yaxşılığı da elə etmək lazımdır ki, o qarşındakı insana pis təsir etməsin. Bu söhbəti də sizə ona görə etdim ki, biləsiniz Azərbaycan qadını mənim üçün ən yüksək yerdədir” deyə diktor bildirib.

Bizə qoşulun