Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan 4 ay sonra həbs edilib.