Medianews.az
DƏHŞƏT: 25 yaşlı qadın faciəvi şəkildə öldü -
88 baxış

DƏHŞƏT: 25 yaşlı qadın faciəvi şəkildə öldü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Sultanqazi rayonunda dəhşətli yol qəzası baş verib.

Medianews.az xəbər verir ki, hadisə Habipler məhəlləsində qeydə alınıb.

Məlumata görə, 25 yaşlı İraq vətəndaşı Fatimaəlzhra Riyadın idarə etdiyi motosiklet 34 NZA 098 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Toqquşmanın təsirindən gənc qadın yola çırpılıb, motosiklet isə metrlərlə sürükləndikdən sonra alovlanıb. Hadisəyə səbəb olan avtomobilin sürücüsü isə dayanmayaraq ərazidən qaçıb.

Qəza yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alovlanan motosikleti söndürsələr də, həkimlərin apardığı ilkin müayinə zamanı Fatimaəlzhra Riyadın hadisə yerində həyatını itirdiyi müəyyən olunub.

Gənc qadının meyiti ekspertiza üçün morqa aparılıb.

Hazırda polis qəza yerindən qaçan sürücünün saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat həyata keçirir. Hadisə ilə bağlı araşdırma davam etdirilir.



Bizə qoşulun