Medianews.az
Sərnişin təyyarəsində qorxulu anlar -
100 baxış

Sərnişin təyyarəsində qorxulu anlar - VİDEO

Türkiyədə Ankara-İzmir reysini həyata keçirməyə hazırlaşan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

Medianews.az xəbər verir ki, Hadisə Ankara Esenboğa Hava Limanında Pegasus Hava Yollarına məxsus təyyarədə qeydə alınıb.

Məlumata görə, sərnişinlərin minməsi başa çatdıqdan sonra təyyarə uçuş-enmə zolağına doğru hərəkət etməyə başlayıb. Bu zaman sərnişinlərdən birinə məxsus portativ şarj cihazı – “power bank” tüstülənməyə başlayıb.

Hadisə göyərtədə panikaya səbəb olub. Vəziyyəti görən pilot dərhal hava hərəkətini idarəetmə qülləsinə məlumat verərək təyyarəni taksi yolunda saxlayıb.

Təhlükəsizlik məqsədilə sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, Mülki Aviasiya Baş İdarəsi (SHGM) daha əvvəl uçuş təhlükəsizliyini riskə ata biləcək halların qarşısını almaq məqsədilə təyyarələrdə portativ şarj cihazlarının istifadəsini və doldurulmasını qadağan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin iyulunda İstanbul-Seul reysini həyata keçirən Asiana Hava Yollarına məxsus təyyarə sərnişinin enerji bankı ilə bağlı insident səbəbindən geri qayıtmışdı. Həmin hadisədən sonra bir sıra aviaşirkətlər uçuş zamanı “power bank” istifadəsinə məhdudiyyət tətbiq edib.

Qaydalara əsasən, 100 vatt-saata qədər litium batareyaya malik portativ şarj cihazlarının kabin baqajında daşınmasına icazə verilsə də, onların təyyarə daxilində istifadəsi qadağandır.

Bizə qoşulun