Medianews.az
ABŞ Federal Təhqiqatlar Bürosu rəhbərinin elektron poçtu sındırılıb
51 baxış

ABŞ Federal Təhqiqatlar Bürosu rəhbərinin elektron poçtu sındırılıb

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patelin şəxsi elektron poçt ünvanı haker qrupu tərəfindən sındırılıb.

Bunu ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi "Reuters" agentliyinə təsdiqləyib.

Agentliyin məlumatına görə, internetdə yayılan və K.Patelə məxsus olduğu ehtimal edilən materiallar həqiqət təsiri bağışlayır. Söhbət fotoşəkillər və iş yazışmaları da daxil olmaqla, 2010-2019-cu illəri əhatə edən məlumatlardan gedir.

Qeyd olunub ki, bu hakerlər İranla əlaqəli ola bilərlər./Oxu.Az

Bizə qoşulun