Medianews.az
Sabiq deputat ölümün bir addımlığındadır -
64 baxış

Sabiq deputat ölümün bir addımlığındadır - Vəkil

Hazırda 10 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq deputat Hüseyn Abdullayevin vəkili Günay İsmayılova onunla görüşüb.

Medianews.az xəbər verir ki, vəkilin Gununsesi.info-ya verdiyi məlumata görə, görüş cəmi 5 dəqiqə çəkib:

“Hüseyn Abdullayev səhhətində olan problemlərlə əlaqədar o görüşdə cəmi 5 dəqiqə qala bildi. Səhhəti getdikcə pisləşir. Xeyli çəki itirib və gözünün altında səhhətində olan problemləri göstərən qaralmalar var idi. Səhhəti o qədər dözülməz idi ki, ölümün bir addımlığında olduğunu dedi. Mən ona təsəlli versəm də, o real durumunu anlatdığını dedi”.

Vəkil onu da əlavə edib ki, bir müddət əvvəl sabiq deputatın anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılmasını xahiş edib:

“Mən inanmaq istərdim ki, Hüseyn Abdullayevin anasının çağırışına müsbət cavab verilləcək və o, tezliklə azadlığa çıxacaq”.

Bizə qoşulun