Medianews.az
"Qarşıdurmanın tez bir zamanda sona çatmasını arzulayıram" -
73 baxış

"Qarşıdurmanın tez bir zamanda sona çatmasını arzulayıram" - İlham Əliyev

Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Medianews.az xəbər verir ki, İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.(Unikal)

Bizə qoşulun