Medianews.az
Ermənistanda Vensin pişvazına Azərbaycan xalçası ilə çıxıblar
108 baxış

Ermənistanda Vensin pişvazına Azərbaycan xalçası ilə çıxıblar

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri zamanı Ermənistan hakimiyyəti "qonaqpərvərlik" nümayiş etdirərək yerə protokolda nəzərdə tutulmamış xalça sərib.

Bununla da ABŞ vitse-prezidentinə ermənilərin qədim tarixə və mədəniyyətə malik olması eyhamı da vurulub.

Medianews.az-ın məlumatına görə, araşdırmalar nəticəsində bəlli olub ki, xalça Azərbaycan xalçasıdır, Qarabağ bölgəsinə aid üslubda toxunub.

Ümumiyyətlə, Ermənistanda xalçalıq rus imperiyasının gəlişindən formalaşmağa başlayıb. Azərbaycan xalçaları isə əsrlərdir dünyanın ən məşhur xalçalarından biridir.

Medianews.az

Bizə qoşulun