Medianews.az
İran qapıçısı Belçika millisindən
77 baxış

İran qapıçısı Belçika millisindən danışdı

İran millisinin qapıçısı Əlirza Beyranvand dünya çempionatının qrup mərhələsində Belçika ilə keçirilən və 0:0 hesabı ilə başa çatan oyunu dəyərləndirib.

Medianews.az xəbər verir ki, matçdan sonra danışan təcrübəli qolkiper azarkeşlərə təşəkkür edərək rəqib komandanın gücünü vurğulayıb.

“Bu nəticə münasibətilə İran xalqını və stadionda bizi dəstəkləyən bütün azarkeşləri təbrik edirəm. Çətin oyun oldu. Belçika dünyanın ən güclü milli komandalarından biridir və biz bu komandaya böyük hörmətlə yanaşırıq”, – deyə Beyranvand bildirib.

Qeyd edək ki, İran millisinin qapıçısı qarşılaşmanın ən yaxşı futbolçusu seçilib. Komanda qrup mərhələsinin son turunda Yeni Zelandiya ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun