Medianews.az
Lindsi Qrem: Danışıqlar
94 baxış

Lindsi Qrem: Danışıqlar nəticə verməyəcək

Respublikaçı senator Lindsi Qrem ABŞ və İran arasında ilkin razılaşmanın uğursuz olacağına dair proqnoz verib.

Medianews.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, anlaşma memorandumununun uğursuzluğa məhkum olduğunu bildirib.

Senator təklif edib ki, razılaşma uğursuz olarsa, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını ələ keçirsin. 

Xatırlatma: İslabad Anlaşma Memorandumu çərçivəsində yüksək səviyyəli danışıqların birinci mərhələsi İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ, eləcə də Qətər Əmirliyi və Pakistan İslam Respublikasının nümayəndələrinin vasitəçi kimi çıxış etməsi ilə başa çatıb.

Danışıqların müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd olunur. "Həvəsləndirici irəliləyiş" əldə edilib və gələcək texniki danışıqlar üçün mexanizm yaradılıb.

Bizə qoşulun