Qastroenteroloq Viktoriya Stepanova bildirib ki, isti havalarda qəhvə içmək orqanizmə əlavə yük yarada bilər.
Medianws.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qəhvə ürək döyüntüsünü sürətləndirir, damarları aktivləşdirir və sidikqovucu təsir göstərərək orqanizmdə su itkisini artırır. İstidə isə bu vəziyyət daha da güclənir və qan daha qatı ola bilər.
Həkim qeyd edib ki, bu hal ürəyə əlavə yük düşməsinə, ritm pozğunluqlarına və bəzi hallarda aritmiyaya səbəb ola bilər. Eyni zamanda kofe mədə turşusunu artıraraq qastrit və mədə yanmasını da gücləndirə bilər.
Mütəxəssis yayda qəhvəni məhdud miqdarda içməyi, yeməkdən sonra qəbul etməyi və su ilə balanslaşdırmağı tövsiyə edib.
Medianws.az