Terapevt Sergey Vectomov bildirib ki, ventilyator altında yatmaq bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sağlam insan üçün ventilyator ümumilikdə təhlükəli deyil və otaqda hava dövranını yaxşılaşdıraraq yuxuya kömək edə bilər. Lakin cihazın birbaşa insan üzərinə yönəlməsi problem yarada bilər.
Həkim qeyd edib ki, uzun müddət soyuq hava axını burun və boğazın selikli qişasını qurudur, bu isə müdafiə funksiyasını zəiflədir və tənəffüs yoluxucu xəstəliklərin riskini artırır. Xüsusilə allergik rinit və xroniki burun-boğaz problemi olan insanlar üçün bu vəziyyət daha təhlükəlidir.
Bundan əlavə, soyuq hava əzələlərdə gərginlik və spazma səbəb ola bilər. Ən çox boyun, çiyin və bel nahiyəsində ağrılar müşahidə olunur. Oynaqlarda xroniki problemi olanlarda isə ağrıların kəskinləşməsi mümkündür.
Medianews.az