Medianews.az
Britaniyanın neçə rəhbəri sağdır?
159 baxış

Britaniyanın neçə rəhbəri sağdır?

Formal monarxiya olan Böyük Britaniyada kral dövlət başçısı sayılsa da, ölkənin faktiki rəhbəri baş nazirdir.

Medianews.az bildirir ki, Britaniyaya 1990-cı ildən bəri rəhbərlik etmiş, yəni son 36 ildə bu ölkədə baş nazir postunu tutmuş şəxslərin hamısı sağdır.

2026-cı ildə baş nazir vəzifəsindən istefa verdiyini elan edən və hazırda postunu təhvil verməyə hazırlaşan Kir Starmeri saymasaq, Britaniyada səkkiz sabiq baş nazir yaşayır.

Onların ən yaşlısı Con Meycordur - 1990-1997-ci illərdə baş nazir olub, 83 yaşı var.

1997-2007-ci illərin baş naziri Toni Bler 73 yaşındadır.

75 yaşlı Qordon Braun baş nazir postunu 2007-2010-cu illərdə tutub.

59 yaşlı Devid Kemeron 2010-2016-cı illərdə baş nazir olub.

Tereza Meyin 69 yaşı var, 2016-2019-cu illərin baş naziridir.

Boris Conson 62 yaşındadır, baş nazir postunda 2019-2022-ci illərdə əyləşib.

Çox qısa müddətdə - 2022-ci ilin sentyabr-oktyabr aylarında baş nazir olmuş Liz Trass 50 yaşındadır.

Ondan sonra baş nazir olmuş və postunu 2024-cü ildə tərk etmiş Rişi Sunak sabiq hökumət rəhbərləri arasında ən gəncidir - 46 yaşı var.

Baş nazir postuna 2024-cü ildə gəlmiş Kir Starmer isə sabiq baş nazirlər cərgəsinə 63 yaşında qoşulur.

Britaniya sabiq baş nazirlə sonuncu dəfə 13 il qabaq vidalaşıb: 1979-1990-cı illərdə baş nazir olmuş Marqaret Tetçer 2013-cü ilin aprelində 87 yaşında vəfat edib.

Medianews.az

Bizə qoşulun