Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İspaniya millisinin futbolçusu Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.
Medianews.az-ın məlumatına görə, o, gənc futbolçunu Argentina millisinin ulduzu Lionel Messi ilə müqayisə edib.
“İspaniya ilə qarşılaşmaq heç kim üçün asan deyil. Onların tarixində mühüm yer tutan bir futbol fəlsəfəsi var. Üstəlik, Lamin Yamal kimi gələcəyin ulduzu var. Əgər sağlamlığını qoruya bilsə və uğurlarından başı gicəllənməsə, Messi səviyyəsinə çata bilər”, – deyə məşqçi qeyd edib.
Qeyd edək ki, Yamalın sağlamlığı ilə bağlı son dövrlərdə ehtiyatlı yanaşma tətbiq olunur və onun oyun dəqiqələri məhdudlaşdırılır.
Medianews.az