Medianews.az
Dünya çempionatındakı uğursuzluqdan sonra Arda Gülərdən
136 baxış

Dünya çempionatındakı uğursuzluqdan sonra Arda Gülərdən sürpriz addım

Dünya çempionatında ümidləri doğrultmayan Arda Güler Joze Mourinyonun diqqətini cəlb etmək məqsədilə tətilini yarımçıq qoyaraq "Real Madrid"in mövsüm açılışına qatılmaq istəyir.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə 24 ildən sonra böyük ümidlərlə qatıldığı dünya çempionatında gözləntilərin gerisində qalıb.

Arda Gülər də komandanın heyətində uğursuz bir turnir keçirib.

Belə ki, "Real Madrid"in Joze Mourinyonu baş məşqçi postuna gətirməsi və Bernardo Silvanın transferi Arda Güləri təzyiq altında qoyub. Mourinyo Bernardo Silva ilə Arda Gülərdən oxşar mövqelərdə istifadə edəcək və bu iki futbolçu bir-biri ilə rəqabət aparmaq məcburiyyətində qalacaq.

Elə bu səbəbdən də, dünya çempionatından sonra üçhəftəlik istirahətini yarımçıq kəsən gənc ulduz "Real Madrid"in mövsümöncəsi toplanışına qoşulacaq.

Bizə qoşulun