Medianews.az
WSJ: İranda rejim əleyhdarlarının edamlarının sayı artıb
106 baxış

WSJ: İranda rejim əleyhdarlarının edamlarının sayı artıb

Son həftələrdə, döyüş əməliyyatlarının intensivliyinin azalması və atəşkəs danışıqlarının başlamasından sonra İranda rejim əleyhdarlarının edamlarının sayı artıb.

Bu məlumatı insan haqları təşkilatlarının hesabatlarına əsaslanaraq "The Wall Street Journal" (WSJ) nəşri yayımlayıb.

Məlumata əsasən, cari ilin başlanğıcından bəri ölkədə siyasi motivli səbəblərdən ən azı 45 vətəndaşın ölüm hökmü icra olunub. Bildirilir ki, hazırda siyasi əleyhdarlara qarşı, əsasən, casusluq fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülür.

İran hakimiyyəti aktiv döyüş əməliyyatları zamanı da dissidentləri həbs etməyi və edam etməyi dayandırmayıb. Lakin hüquq müdafiəçiləri son həftələrdə edamların sayının artdığını qeyd edirlər. WSJ nəşrinin qeyd etdiyinə görə, bu, "yanvar etirazlarında iştiraka görə hələ də həbsxanalarda olan minlərlə iranlının taleyi ilə bağlı narahatlıq doğurur"./oxu.az

Bizə qoşulun