Medianews.az
Azərbaycanda dövlət qulluqçularıının
138 baxış

Azərbaycanda dövlət qulluqçularıının sayı, stajı, yaşı və maaşı

2026-cı il yanvarın 1-nə Azərbaycanda 27,3 min nəfər dövlət qulluqçusu qeydə alınıb. Onların 6,6 faizinin 1 ilədək, 23,6 faizinin 1 ildən 5 ilədək, 23,6 faizinin 5 ildən 10 ilədək, 18,8 faizinin 10 ildən 15 ilədək, 27,4 faizinin 15 il və daha çox qulluq stajı olduğu bildirilir.

Medianews.az rəsmi hesabata istinadən xəbər verir ki, dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25-29 yaşda, 18 faizi 30-34 yaşda, 16,7 faizi 35-39 yaşda, 13,3 faizi 40-44 yaşda, 10,5 faizi 45-49 yaşda, 8,1 faizi 50-54 yaşda, 7,5 faizi 55-59 yaşda, 9,2 faizi 60-64 yaşda, 2,1 faizi 65 və yuxarı yaşdadır.

2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2059 manat olub.

2026-cı il martın 19-da ölkə Prezidenti bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Yanvarın 1-dən tətbiq olunan fərmanla dövlət qulluqçularının maaşları artırılıb.

Medianews.az

Bizə qoşulun