Medianews.az
"Araz-Naxçıvan" mərkəz müdafiəçisi ilə anlaşıb -
101 baxış

"Araz-Naxçıvan" mərkəz müdafiəçisi ilə anlaşıb - FOTO

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Rəşad Həsənovla anlaşıb.

Medianews.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

"Keşlə", "Şamaxı" və "Zirə-2" klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bizə qoşulun