Medianews.az
İtlər sahiblərindəki stresi
78 baxış

İtlər sahiblərindəki stresi necə yox edir?

Psixoloq Stanislav Samburski itlərin sahiblərində stresi necə yox etdiyini və "xoşbəxtlik hormonları"nı necə aktivləşdirdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, ekspertin sözlərinə görə, insan onu heç vaxt mühakimə etməyən, tənqid etməyən və sadəcə varlığına sevinən bir canlı ilə təmasda olduqda sürətlə sakitləşir.

İti sığallamaq orqanizmdə oksitosin və endorfin hormonlarının ifrazını sürətləndirir, bu isə narahatlıq və tənhalıq hissini dərhal azaldır. Həmçinin hər gün iti gəzdirmək məcburiyyəti insanı gündəlik qayğılardan uzaqlaşdıraraq stressi atmağa kömək edir.

Bu üsul xüsusilə tənha, daimi təşviş içində olan və emosional tükənmə yaşayan insanlar üçün əvəzolunmazdır. İt insana "lazımlı olmaq" hissi bəxş edir – hansı ki, bu hissi bəzən daimi tələblər irəli sürən insanlarla ünsiyyətdə tapmaq mümkün olmur.

Medianews.az

Bizə qoşulun