Medianews.az
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandıqda müştəri nə etməlidir?
90 baxış

Marketdə vaxtı keçmiş məhsullar aşkarlandıqda müştəri nə etməlidir?

Mütəxəssislər istehlaka yararsız və ya yararlılıq müddəti keçmiş məhsulların satışda aşkarlanması halında vətəndaşların dərhal reaksiya verməsinin vacibliyini bildirirlər.

Medianews.az xəbər verir ki,belə vəziyyətlə rastlaşan müştəri ilk növbədə məhsulu almamalı və kassaya təqdim etməməlidir. Əgər məhsul artıq alınıbsa, onun qaytarılması və ya dəyişdirilməsi üçün dərhal market rəhbərliyinə müraciət edilməlidir.

istehlakçılar hüquqlarını bilməli və problemli məhsulları görən kimi müvafiq nəzarət orqanlarına, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Bu, həm digər alıcıların sağlamlığının qorunması, həm də qanunsuz halların qarşısının alınması baxımından vacib sayılır.

Eyni zamanda vurğulanır ki, məhsulun üzərindəki etiket, istehsal və son istifadə tarixi diqqətlə yoxlanılmalıdır. Şübhəli məhsulların alınmaması qida zəhərlənmələrinin qarşısını almaqda əsas addımlardan biridir.

 İstehlakçıların aktiv mövqeyi bazarlarda nəzarətin güclənməsinə və təhlükəsiz qida dövriyyəsinin təmin olunmasına mühüm töhfə verir.

Bizə qoşulun