Medianews.az
Salah tarixi
77 baxış

Salah tarixi rekorda yaxınlaşdı

Misir millisinin hücumçusu Məhəmməd Salah yığma komandanın bombardir rekordunu yeniləməyə çox yaxınlaşıb.

Medianews.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edən Misir millisində Salah 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Bununla da 33 yaşlı futbolçunun yığmadakı qollarının sayı 118 oyunda 68-ə yüksəlib. Misir millisinin bombardir rekordu hazırkı baş məşqçi Hossam Hassana məxsusdur. O, 176 matçda 69 qol vurub.

İki turdan sonra Misir G qrupunda liderdir. Komanda son turda İran millisi ilə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun