Medianews.az
Neftimiz büdcə qiymətindən bu qədər baha satılır
215 baxış

Neftimiz büdcə qiymətindən bu qədər baha satılır

Aprelin 14-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 125,83 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 61 dollara yaxın yuxarı qiymətdir.

Medianews.az bildirir ki, Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən aprelin 8-dək apardığı hərbi əməliyyatlar dalğasında hasilat və daşımalara əngəllər üzündən kəskin bahalaşıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

İlk rübdə kondensatla birlikdə neft hasilatı 6,6 milyon ton göstərilib.

Medianews.az

Bizə qoşulun