Medianews.az
Öz stadionu olan Xalq artisti Qurban Qurbanovdan inciməsindən
178 baxış

Öz stadionu olan Xalq artisti Qurban Qurbanovdan inciməsindən DANIŞDI

Xalq artisti Ağadadaş Ağayev "Öz aramızda" verilişində çıxışı zamanı futbol sevgisindən və tanınmış məşqçi Qurban Qurbanovla bağlı xatirələrindən danışıb.

Sənətçi bildirib ki, futbol onun həyatında hər zaman xüsusi yer tutub:

"Uşaqlıqdan futbola bağlı olmuşam. Nərimanovda öz stadionum da var. Futbolçuların bir çoxunun toy məclisində oxumuşam".

Ağayev vurğulayıb ki, Qurban Qurbanovun toy məclisini də məhz o idarə edib:

"Qurban Qurbanovun toyunu mən etmişəm. Onun ailəsini çox yaxşı tanıyıram və çox istəyirəm. O, bu gün dünyada tanınan böyük məşqçilərdən biridir", - deyə Xalq artisti bildirib.

Müğənni həmçinin Qurbanovun vida oyununda səhnəyə çıxdığını xatırladıb:

"Vida oyununda onun konsertini verdim, yola saldım. Stadionda 30-35 min insan var idi. Bütün xeyir-duaları mən vermişəm".

Ağayev zarafatla bir müddət Qurbanovdan "küsdüyünü" də deyib:

"Zarafatla dedim ki, ondan küsmüşəm. O, bizim fəxrimizdir. Özü bir-iki dəfə zəng edib, amma adı siyahıda yazılmadığı üçün bilməyib götürməmişəm. Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarix yazdılar".

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ FK" bu mövsüm UEFA Çempionlar Liqasında ilk 24-lüyə düşməklə tarixi uğura imza atıb. Bu nailiyyət Azərbaycan futbolu üçün mühüm mərhələ kimi qiymətləndirilir./milli.az

Bizə qoşulun