Medianews.az
Partlayışda yaralanan həkim sağdır -
203 baxış

Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır". 

***

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Baş Prokurorluğun məlumatına görə, aprelin 30-da Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu tərəfinsən partlayıcı vasitə partladılıb. Nəticədə Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, xəstəxananın həkimi Asif Nəsirli isə ağır yaralanmışdı.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinatura keçib.

2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışırdı.

Bizə qoşulun