Medianews.az
Futbol tarixində ikinci dəfə qadın hakim dünya çempionatının
132 baxış

Futbol tarixində ikinci dəfə qadın hakim dünya çempionatının oyununu idarə edəcək

Futbol tarixində ikinci dəfə dünya çempionatının oyununda qadın baş hakim fəaliyyət göstərəcək.

A qrupunun II turunun Çexiya - Cənubi Afrika Respublikası matçını ABŞ-dən olan Tori Penso idarə edəcək.

Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, fransalı qadın referi Stefani Frappar 2022-ci ildə gerçəkləşən mundialda Almaniya - Kosta Rika görüşündə (4:2) söz sahibi olub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq./"Report"

Bizə qoşulun