Medianews.az
Moskvaya PUA hücumu: Neft emalı zavodu vuruldu, hava limanlarında uçuşlar dayandırıldı -
145 baxış

Moskvaya PUA hücumu: Neft emalı zavodu vuruldu, hava limanlarında uçuşlar dayandırıldı - VİDEO

Rusiyanın paytaxtı Moskva gecə saatlarında kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb.

Medianews.az xəbər verir ki, hücum nəticəsində Moskva Neft Emalı Zavodu vurulub, güclü partlayışdan sonra müəssisədəki binalardan birinin damı dağılıb və ərazidə yanğın baş verib.

Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə sistemləri paytaxta doğru istiqamətlənən təxminən 180 PUA-nı məhv edib. Onun sözlərinə görə, bəzi aparatların hava müdafiəsini keçərək neft emalı zavoduna zərbə endirməsi nəticəsində infrastruktura ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışdan sonra binanın damının havaya sovrulduğu, ərazidən qalın tüstünün yüksəldiyi görünür. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hücum səbəbindən Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında eniş və qalxışlar müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Moskva Neft Emalı Zavodu iyunun 16-da da PUA hücumuna məruz qalmışdı. Son hadisə Rusiyanın paytaxtının enerji infrastrukturunun yenidən hədəfə alındığını göstərir.

Medianews.az

Bizə qoşulun