Medianews.az
Kardioloq: yalnız bu şokolad
100 baxış

Kardioloq: yalnız bu şokolad faydalıdır

Ürək sağlamlığı üçün faydalı sayılan yeganə şokolad növü açıqlanıb.

Medianews.az xəbər verir ki, kardioloq Aurelio Roxas yalnız acı şokoladın sağlamlığa müsbət təsir göstərə biləcəyini bildirib.

Həkimin sözlərinə görə, faydalı şokoladın tərkibində 70–85 faiz kakao olmalıdır. O qeyd edib ki, bu növ şokolad qan təzyiqinin normallaşmasına, ürək-damar xəstəlikləri riskinin azalmasına və xolesterinin tənzimlənməsinə kömək edə bilər.

Mütəxəssis həmçinin bildirib ki, acı şokolad antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir və damarların sağlam fəaliyyəti üçün vacib olan azot oksidinin istehsalını artırır.

Bununla yanaşı, həkim şokoladın gündəlik 10 qramdan çox olmamasını tövsiyə edib.

Medianews.az

Bizə qoşulun