Medianews.az
Palma yağının inamılmaz
73 baxış

Palma yağının inamılmaz faydaları

Palma yağının sağlamlığa bəzi müsbət təsirləri olduğu açıqlanıb.

Medianews.az xəbər verir ki, diyetoloqlar Kordialis Msora-Kasago və Qreqori Lafortun bu məhsulla bağlı yeni fikirlər səsləndiriblər.

Mütəxəssislərin sözlərinə görə, palma yağı orqanizmin A, D, E və K kimi yağda həll olunan vitaminləri mənimsəməsinə kömək edir və hüceyrə inkişafını dəstəkləyir.

Diyetoloqlar həmçinin bildiriblər ki, xüsusilə qırmızı emal olunmamış palma yağı E vitamini ilə zəngindir və antioksidant xüsusiyyətlərə malikdir. Bu maddələr xolesterinin azalmasına və iltihabın zəifləməsinə kömək edə bilər.

Bununla yanaşı, mütəxəssislər palm yağında doymuş yağların da olduğunu və onun həddindən artıq istifadəsinin ürək-damar xəstəlikləri riskini artıra biləcəyini qeyd ediblər. Onlar balanslı qidalanmanın vacibliyini vurğulayıblar.

Medianews.az

Bizə qoşulun