Medianews.az
Qadın 5 ayda 3 dəfə
116 baxış

Qadın 5 ayda 3 dəfə ailə qurdu

Hindistanda beş ay ərzində üç dəfə ailə həyatı quran qadın polislər tərəfindən araşdırılır.

Medianews.az xəbər verir ki, hadisə Himaçal-Pradeş ştatında baş verib.

Məlumata görə, qadının və həyat yoldaşlarının şəxsiyyəti açıqlanmır. Hüquq-mühafizə orqanları evliliklərin rəsmi qeydiyyatdan keçib-keçmədiyini və ya yalnız toy mərasimlərindən ibarət olub-olmadığını araşdırır.

Hindistanda çoxarvadlılıq qadağan edildiyi və boşanma məhkəmə prosedurları tələb etdiyi üçün qısa müddətdə üç dəfə evlənmək qeyri-adi hal hesab olunur. Polis qadının mümkün dələduzluq məqsədi güdə biləcəyini istisna etmir.

Hazırda qadının qohumları və qonşuları dindirilir. Araşdırma davam edir. Qanun pozuntusu təsdiqlənərsə, qadın cərimə ilə üzləşə bilər.

Medianews.az

Bizə qoşulun