Türkiyənin Hatay vilayətində yanacaqdoldurma məntəqəsinin qadınlar tualetində gizlənərək qadınları gizli lentə alan şəxs saxlanılıb.
Medianews.az haber7.com-a istinadən xəbər verir ki, hadisə İskenderun rayonunun Mustafa Kamal məhəlləsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Məlumata görə, tualetdən istifadə edən B.N.K. adlı qadın kabinədə olarkən kiminsə onun foto və videosunu çəkdiyini hiss edib və bu barədə polisə məlumat verib.
Polis əməkdaşları tərəfindən tutulan 21 yaşlı S.K. adlı şəxsin telefonuna baxış zamanı onun son 4 ay ərzində eyni məkanda gizlənərək 15 müxtəlif qadının görüntülərini çəkdiyi müəyyən edilib.
Şübhəli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:
Medianews.az