Çinin Honkonq şəhərində yaşlı bir kişinin supermarketlərdə satılan məşhur qazlı içkilərə təxminən bir il ərzində idrar qatdığı üzə çıxıb.
Medianews.az xəbər verir ki, hadisə bir uşağın həmin içkini içdikdən sonra səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə aşkar olunub.
Polis təhlükəsizlik kameralarının köməyi ilə şübhəlini saxlayıb. Məlumata görə, o, müxtəlif supermarketlərə daxil olaraq şüşələri açıb, içinə idrar əlavə etdikdən sonra yenidən rəflərə yerləşdirib.
Şəxs “qida təhlükəsizliyini pozma” və “ictimai sağlamlığı riskə atma” maddələri ilə məhkəməyə verilib. O isə ifadəsində hərəkətini “zarafat” adlandırıb. Hadisə Honkonqda qida təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Səlahiyyətli qurumlar istehlakçıları qablaşdırmaları diqqətlə yoxlamağa çağırıb.
Medianews.az