Medianews.az
Qəzada ölən Zəhranın rəfiqələri danışdı:
111 baxış

Qəzada ölən Zəhranın rəfiqələri danışdı: "Elə bir insan idi ki..."

Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyevanın qəfil ölümü yaxın çevrəsini və ictimaiyyəti dərin sarsıntıya salıb.

Gənc yaşda baş verən faciə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Hadisədən sonra Zəhranın dostları bir-birinin ardınca emosional paylaşımlar edərək onunla bağlı ağır itki hissini ifadə ediblər. Bakıvaxtı.az onların bir neçəsi ilə əlaqə saxlayıb.

Yaxınlarının sözlərinə görə, Zəhra ətrafında dərin iz qoyan, hər kəsin yaddaşında isti münasibəti və səmimiyyəti ilə qalan gənc kimi tanınıb.

Dost çevrəsi onun ölüm xəbərini inanılması çətin bir gerçəklik kimi qiymətləndirir.

“Zəhra həyat dolu, pozitiv və insanlara dayaq olan xarakteri ilə seçilirdi. Onun yoxluğu yaxınları üçün dərin boşluq yaradıb”, – deyə dostları bildiriblər.

Qeyd edək ki, Zəhra Mehdiyeva dünən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun