Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçkilər zamanı rüşvət vermə və rüşvət alma ilə bağlı növbəti qanunsuzluqların üstünü açıb.
Musavat.com Bizim.Media-ya istinadla xəbər verir ki, Komitənin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində "Çiçəklənən Ermənistan" Partiyasının nümayəndələrinin parlament seçkilərində öz xeyirlərinə səs verilməsi və tərəfdarların cəlb edilməsi müqabilində Lori vilayətinin Spitak icmasının Qoqaran yaşayış məntəqəsindən və ətraf rayonlardan olan bir qrup seçiciyə rüşvət verdiyinə dair faktiki sənədlər və sübutlar əldə edilib.
Faktla bağlı cinayət işi başlanılıb, bir neçə nəfər saxlanılıb və zəruri prosessual addımlar atılıb.
Ətraflı məlumat videoda təqdim olunur.