Medianews.az
İran-ABŞ gərginliyi:
89 baxış

İran-ABŞ gərginliyi: Qalibafdan Trampa istehza

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampı neft qiymətlərinin artmasına görə lağa qoyub.

Medianews.az bildirir ki, bu haqda Lenta.ru məlumat yayıb.

Qalibaf qeyd edir ki, ABŞ-nin Hörmüz boğazı ilə bağlı “blokada nəzəriyyəsi” neftin qiymətini təxminən 120 dollaradək yüksəldib. Onun sözlərinə görə, bu vəziyyət Tramp administrasiyasının yanlış məsləhətləri ilə bağlıdır.

İranlı siyasətçi həmçinin Trampın yaxın zamanda neft bolluğunun İranın enerji infrastrukturuna zərər vuracağı ilə bağlı fikirlərini də istehza ilə qarşılayıb.

Medianews.az

Bizə qoşulun