Bakıda meyit tapılıb.
Medianews .az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib.
Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)