Medianews.az
Səhiyyə Nazirliyi
40 baxış

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Qarşıdakı istirahət günlərində respirator xəstəliklərin və mövsümi qrip hallarının artması qaçılmazdır.

Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi də vətəndaşlara kütləvi tədbirlərdə fərdi qoruyucu vasitələrdən istifadə etməyi, əl gigiyenasına xüsusi diqqət yetirməyi və ən əsası vitaminlərlə zəngin qidalanmağı tövsiyə edir.

İnfeksionist Mərdan Əliyev deyir ki, ümumi olaraq qrip adlandırsaq da, 200-ə qədər fərqli növ virusa yoluxma mümkündür.

İnfeksionist bildirib ki, mart ayında temperaturun kəskin enib-qalxması bədən üçün bioloji stress yaradır. Bu da insanı viruslar qarşısında müdafiəsiz qoyur.

Mərdan Əliyev əlavə edib ki, bayram günlərini xəstə yatağında keçirməmək üçün təkcə maska və gigiyena kifayət deyil. Eyni zamanda yuxu rejiminə və düzgün geyimə də diqqət etmək vacibdir.

Bizə qoşulun