Medianews.az
SON DƏQİQƏ: Sosial verilişlərə son –
89 baxış

SON DƏQİQƏ: Sosial verilişlərə son – yeni mövsümdən heç biri yayımlanmayacaq

Medianews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, yeni mövsümdən etibarən ölkə kanallarında sosial verilişlərin yayımı tam dayandırılacaq.

Məlumata əsasən, qərar televiziya məkanında keyfiyyətin artırılması, maarifləndirici və ictimai əhəmiyyətli proqramların daha peşəkar formatda təqdim olunması məqsədilə qəbul edilib. Qeyd olunur ki, son illər sosial verilişlərin məzmunu ilə bağlı ictimai narazılıqlar artıb və bu sahədə dəyişikliklərin zəruri olduğu vurğulanıb.

Yeni mövsümdə televiziya kanallarının efir siyasətində ciddi yeniliklərin ediləcəyi, daha çox analitik, maarifləndirici və mədəni layihələrə üstünlük veriləcəyi bildirilir. Bununla yanaşı, bəzi mövcud proqramların formatının dəyişdirilərək yenidən efirə qaytarılması da istisna edilmir.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Medianews.az mövzu ilə bağlı əlavə məlumatları təqdim edəcək.

Bizə qoşulun