Medianews.az
"Sovetski"dəki ev-muzeylərin aqibəti necə olacaq? -
87 baxış

"Sovetski"dəki ev-muzeylərin aqibəti necə olacaq? - AÇIQLAMA

Bakının Yasamal rayonu ərazisində "Sovetski" adlanan ərazidə həyata keçirilən abadlıq–quruculuq işləri çərçivəsində genişmiqyaslı söküntü davam edir.

Hazırda Təzəpir Məscidi və Nizami metrostansiyası ətrafındakı söküntü işlərinin aparıldığı ərazilərdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə və Abdulla Şaiq kimi görkəmli şəxslərin ev - muzeyləri və digər tarix – memarlıq əhəmiyyətli tikililər də yerləşir.

Medianews.az bildirir ki, dəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, söküntü zonasındakı ev – muzeyləri də daxil olmaqla bütün tarixi-memarlıq əhəmiyyətli tikililər qorunur və onların sökülməsi nəzərdə tutulmur.

Qurumdan bildirilib ki, ərazidə dövlət mühafizəsində olan 84 bina ilə yanaşı, əlavə olaraq 43 yeni tarix – memarlıq əhəmiyyətli bina da aşkar edilərək qeydiyyata alınıb.

Ev-muzeylərinin əsaslı təmir - bərpası ilə bağlı isə hələlik konkret qərarın verilmədiyi qeyd olunur.

Bizə qoşulun