Medianews.az
Türkiyə Superliqasında derbi günü:
68 baxış

Türkiyə Superliqasında derbi günü: “Qalatasaray” - “Fənərbağça”

Bu gün Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçiriləcək.

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçı Yasin Kol idarə edəcək.

30 turdan sonra "sarı-qırmızılar" 71 xalla turnir cədvəlinə başçılıq edir. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qərarlaşıblar.

Mövsümün başa çatmasına 4 tur qalmış İstanbul derbisi çempionluğun taleyinə də böyük ölçüdə aydınlıq gətirəcək. "Qalatasaray" qalib gəlsə, liderliyini daha da möhkəmlədəcək və mövsümün qalibi olmaq yolunda ciddi addım atacaq. "Fənərbağça"nın qələbəsi isə liderlə xal fərqini 1-ə endirəcək və çempionluq yarışı son turlara qədər davam edəcək.

Günün digər matçı Bakı vaxtı ilə saat 15:30-da "Gənclərbirliyi" ilə "Kocaelispor" arasında olacaq.

Bizə qoşulun