Türkiyənin məşhur serialı “Teşkilat”ın çəkilişləri zamanı aktrisa Rabia Soytürk bədbəxt hadisə ilə üzləşib.
Medianews.az xəbər verir ki, serialda Hilal obrazını canlandıran aktrisa çəkilişi zamanı baş barmağından ağır xəsarət alıb.
Bildirilir ki, barmaq qopma həddinə qədər zədələnib.
Hadisədən dərhal sonra ilkin tibbi yardım çəkiliş meydançasında göstərilib, daha sonra aktrisa xəstəxanaya çatdırılaraq təcili yardım şöbəsində müalicə olunub.
Məlumata görə, Rabia Soytürkün vəziyyəti stabildir və müalicə başa çatdıqdan sonra evə buraxılıb.
Medianews.az
