“Yuventus” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qalatasaray”a 2:5 hesabı ilə məğlub olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, "Yuventus"un baş məşqçisi Luçano Spalletti matçla bağlı jurnalistlərə açıqlama verib.
O bildirib ki, komandasının çıxışı zəif olub: “Bu gecə uğurlu olmadıq. Oyunu idarə edə bilmədik, keyfiyyətimizi göstərə bilmədik. Səhvlər etdik və bunun cəzasını çəkdik”.
İtaliyalı mütəxəssis son oyunlarda çox qol buraxdıqlarını etiraf edərək müdafiədə ciddi problemlər olduğunu vurğulayıb. O, qırmızı vərəqənin matçın gedişinə təsir etdiyini də qeyd edib.
Spalletti “Yuventus”un beş qol buraxdığı oyunu xatırlamadığını və bu məğlubiyyətin onlar üçün ağır dərs olduğunu söyləyib.
Medianews.az