Medianews.az
13 yaşlı uşaq atasını döydü -
138 baxış

13 yaşlı uşaq atasını döydü - FOTO

ABŞ-də 13 yaşlı uşaq anasını boğmağa çalışan atasını döyüb.

Medianews.az xəbər verir ki, ağır xəsarət alan ata ailədaxili zorakılıq ittihamı ilə həbs edilib.

Hadisə Alabama ştatının Foley şəhərində baş verib. Polis və yerli mətbuatın məlumatına görə, Daniel Ernandes-Lopes adlı şəxs evdə yaranan mübahisə zamanı həyat yoldaşını boğmağa çalışıb.

Vəziyyəti görən 13 yaşlı oğul anasını qorumaq üçün atasına müdaxilə edib. Polis bildirib ki, mübahisə zamanı evdən çölə çıxan uşağa ata velosipedlə hücum etməyə cəhd göstərib.

Bundan sonra uşaq atasına dəfələrlə yumruq vurub. Polis əməkdaşlarının sözlərinə görə, hadisə zamanı sərxoş vəziyyətdə olan Daniel Ernandes-Lopesin hər iki gözü göyərib, dodağı isə ciddi şəkildə şişib. Onun qısa müddətə huşunu itirmiş ola biləcəyi də qeyd olunur.

Medianews.az

 

Bizə qoşulun