10.10.2024, 09:06
381
baxış
Lamiyə
Bu məşhur qida diabet riskini 62% artırır – Açıqlama
Qastroenteroloq və diyetoloq Nuriya Dianova qırmızı əti şəkər xəstələri üçün ən təhlükəli məhsul adlandırıb.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, Dianova bildirib ki, 2023-cü ildə ABŞ-də tamamlanan genişmiqyaslı araşdırma qırmızı ətin əhəmiyyətli dərəcədə istehlakının şəkər xəstəliyinə tutulma riskini 62 faiz artırdığını göstərib.
Bir porsiya ətin qoz-fındıq və ya paxlalılar kimi bitki mənşəli protein mənbələri ilə əvəz edilməsi bu xəstəliyin inkişaf ehtimalını 30 faiz azaldır.
Qastroenteroloq izah edib ki, heme dəmir ətdə olan doymuş yağlar və kimyəvi konservantlar bədəndə iltihab və oksidləşdirici stress yaradır.
“Bu proseslər öz növbəsində daxili orqanlarda piylərin yığılmasına, piylənməyə və insulin müqavimətinə gətirib çıxarır ki, bu da şəkərli diabetin yaranmasına gətirib çıxarır”, - deyə həkim bildirib.
Paylaş: