12.12.2024, 11:02
293
baxış
Lamiyə
Qəhvəni daha da təsirli edən nədir?
“Qəhvədə nə qədər su çox olarsa, canlandırıcı təsir bir o qədər zəif olar”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Yana Komissarova deyib.
O bildirib ki, qəhvənin nə qədər tonik təsir göstərəcəyi onun konsentrasiyasından asılıdır.
Komissarovanın sözlərinə görə, mümkün olan ən canlandırıcı effekt əldə etmək üçün qəhvənin ən güclü növlərini - ristretto və espressonu içmək lazımdır.
Komissarova qəhvənin tonik təsirindən əlavə, bir çox faydalı xüsusiyyətlərə malik olduğunu vurğulayıb. Bu içkinin orta səviyyədə istehlakı beyin, ürək-damar və sinir sistemləri üçün faydalıdır. Bundan əlavə, həkimin sözlərinə görə, qəhvə depressiya, bir neçə növ xərçəng, Alzheimer və Parkinson xəstəliklərinin riskini azaldır.
“Lakin ürək ritminin pozulması, əsəb həyəcanı, yuxusuzluğu və hipertonik böhranı olan insanlar kofedən çəkinməlidirlər. Kəskinləşmənin qarşısını almaq üçün sidik daşı xəstəliyindən əziyyət çəkən insanlar üçün də içkinin istehlakına nəzarət etmək lazımdır”, - deyə həkim xəbərdarlıq edib.