Dünya çempionatındakı uğursuz nəticələri səbəbindən Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montellanın istefası tələb edilir.
Medianews.az “Yeni Sabah”a istinadən xəbər verir ki, ölkə futbolunun məşhur simaları Nihat Kahveci və Sərdar Əli Çelikər millinin mundialla erkən vidalaşmasının səbəbini italyan baş məşqçinin yanlış taktiki seçimlərində görür. Şərhçilər italyan mütəxəssisin taktiki seçimlərini, xüsusən də komandanın əsas problemi olan "klassik 9 nömrə (santrafor) çatışmazlığına" turnir boyu real həll yolu tapa bilməməsini kəskin tənqid edirlər.
Türklərin ən çox toxunduğu məqam, Türkiyə futbolunda real uğur qazanılmadan oyunçuların həddindən artıq şişirdilməsidir.
Xatırladaq ki, Türkiyə milli komandası Dünya Çempionatında çıxışını vaxtından əvvəl başa vurub. "Ay-ulduzlular" II tur çərçivəsində Paraqvay yığmasına minimal hesabla (0:1) məğlub olub İlk turda da Avstraliyaya 0:2 hesabı ilə uduzan Türkiyə seçməsi ardıcıl iki uğursuz nəticədən sonra mundialla vidalaşıb.